Brüssel metrosunda terror aktı xəbərdarlığı
NOCOMMENT xəbər verir ki, Belçikanın paytaxtı Brüsseldə rus dilində göndərilən təhdid dolu elektron məktub rəsmiləri təşvişə salıb.
Avropa İttifaqı (Aİ) Komissiyası martın 8-də Brüsseldə metro hücumunun planlaşdırıldığına dair rus dilində elektron məktub aldıqdan sonra polislə əlaqə saxlayıb.
E-poçt etibarlı mənbədən gəlməsə də, Brüssel Baş Prokurorluğu tərəfindən araşdırma başladılıb.
Belçika federal dəmir yolu polisi gecə saatlarında metroda yoxlamalar aparıb və patrulları gücləndirib.