Hərbçimiz odlu silahla qətlə yetirildibackend

Hərbçimiz odlu silahla qətlə yetirildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Elnur Ələsgər oğlu Məhərrəmov odlu silahdan açılmış atəş nəticəsində yaralanıb, təxliyə olunarkən yolda həyatını itirib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Hərbi Prokurorluq məlumat yayıb.

Bildirilib ki, fakt üzrə Gəncə Hərbi Prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılmış və hazırda təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirilir:

“İstintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin olunacaqdır”.