İsrail höküməti və müxalifət qarşı-qarşıya – SƏBƏBbackend

İsrail höküməti və müxalifət qarşı-qarşıya – SƏBƏB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Səudiyyə Ərəbistanı və İranın Çinin vasitəçiliyi ilə 7 ildən sonra diplomatik əlaqələri bərpa etmək qərarı İsraildə hökumət və müxalifəti bir-birinə qarşı qoyub.

NOCOMMENT.az xəbər verir ki, İsrailin keçmiş baş naziri və müxalifət lideri Yair Lapid sosial media hesabında Səudiyyə Ərəbistanı və İranın diplomatik əlaqələri bərpa etmə qərarı ilə bağlı qiymətləndirmələr edib.

“Səudiyyə Ərəbistanı ilə İran arasında razılaşma İsrail hökumətinin xarici siyasətinin tam və təhlükəli uğursuzluğudur. Bu, İrana qarşı qurmağa başladığımız regional müdafiə divarının dağıdılmasıdır” deyə Lapid bildirib.

Baş nazir Benyamin Netanyahu hökumətini günahlandıran Lapid “İrana qarşı vəzifənizi yerinə yetirmək və Birləşmiş Ştatlarla əlaqələri gücləndirmək əvəzinə məhkəmə hakimiyyətinin səlahiyyətlərini məhdudlaşdıran hüquqi tənzimləmələr ilə  məşğul olsanız belə olar” – sözlərini qeyd edib.

NOCOMMENT.AZ