Səudiyyə ərəbistanı Pakistanı investisiya üçün prioritet ölkə adlandırıbbackend

Səudiyyə ərəbistanı Pakistanı investisiya üçün prioritet ölkə adlandırıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Səudiyyə Ərəbistanı Krallığının investisiya naziri Xalid bin Əbdüləziz Əl Faleh Pakistanın investisiya üçün prioritet ölkə olduğunu bildirib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Pakistan hökumətinin başçısı Şahbaz Şərif katibliyinin mətbuat xidmətinə istinadən məlumat yayıb.

Nazirin sözlərinə görə, Səudiyyə Ərəbistanından investorlardan ibarət nümayəndə heyəti yaxın vaxtlarda investisiya baxımından Ər-Riyad üçün prioritet olan Pakistana səfər edəcək. Ölkələr kənd təsərrüfatı, informasiya texnologiyaları və enerji sahələrində də sıx əməkdaşlığı davam etdirəcəklər.

Ər-Riyadda keçirilən Dünya İqtisadi Forumu çərçivəsində keçirilən danışıqlara Səudiyyə tərəfdən əl-Faleh, maliyyə naziri Məhəmməd bin Abdulla əl-Cədaan və sənaye və mineral sərvətlər naziri Bəndər əl-Xureyf də daxil olub.