Bu gün Türkiyədə koronavirusdan daha 17 nəfər ölüb.
NOCOMMENT.az xəbər verir ki, Səhiyyə naziri Fahrettin Koca öz “Twitter” səhifəsində qeyd edibki, bununla da ölkədə COVID-19-dan ölənlərin sayı 5 082 nəfəri ötüb.
Nazirin sözlərinə görə son sutkada Türkiyədə COVID-19-a 1 372 yoluxma qeydə alınıb. Beləliklə, koronavirus xəstələrinin sayı 195 833 nəfərə çatıb.
F.Koca qeyd edib ki, son 24 saatda 1 984 koronavirus xəstəsi sağalaraq evə buraxılıb. Nəticədə Türkiyədə təhlükəli infeksiyadan sağalanların sayı 169 182 nəfərə yüksəlib.
Qeyd edək ki, bugün COVID-19-la bağlı 45 213 test aparılıb. Hazırda koronavirus testlərinin ümumi sayı 3 231 835-dir.