Hindistanda qar uçqunu: 6 turist öldübackend

Hindistanda qar uçqunu: 6 turist öldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hindistanın Sikkim əyalətində 6 turist qar uçqunu nəticəsində həlak olub.

NOCOMMENT.az xəbər verir ki, bədbəxt hadisə nəticəsində 22 nəfər xilas edilərək xəstəxanaya çatdırılıb.

Ölkənin NDTV telekanalının məlumatına görə, yerli vaxtla saat 12:20-də ölkənin şimal-şərqindəki Sikkim əyalətindəki Nathu La dağ keçidində qar uçqunu olub.

Uçqun altında qalanların hələ də ola biləcəyi üçün axtarış-xilasetmə işlərinin davam etdiyi bildirilib.

Hindistanın Çinlə sərhədində yerləşən Nathu La dağ keçidi mənzərəsi ilə məşhur turist məkanları sırasındadır.

NOCOMMENT.AZ