Bu heyvanların nəsli kəsilir – SƏBƏBbackend

Bu heyvanların nəsli kəsilir – SƏBƏB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hazırda bir çox heyvan nəsli kəsilmək təhlükəsi qarşısındadır. Onların arasında yaxın illərdə nəslinin tükənəcəyi gözlənilən heyvanlar və quşlar var.

Kiçik mavi makaka kimi tanınan bu quş vətəni Braziliyada olan Amerika tutuquşusudur. Nəsli tükənməkdə olan bu quşdan cəmi 177 ədəd qalıb. Bu quşların nəslinin tükənmə səbəbi ekologiya, havanın çirklənməsidir.

Kiçik panda kimi də tanınan qırmızı pandalar çox qorxaqdırlar və nəsli kəsilməkdə olan növlərdəndir. Onlar Çinin cənub-qərbində geniş şəkildə ovlanırlar. Dərisi üçün ovlanan qırmızı pandardan 10.000-dən az sayda qalıb.

Qar bəbirləri kimi də tanınan bu bəbirləri, pişiklər fəsiləsindən Panthera cinsinin böyük pişikləridir. Sayının 4000-dən az olduğu düşünülən qar bəbiri növləri üçün ən böyük təhlükələrdən biri ovdur. Daha çox Himalay bölgəsində rast gəlinən qar bəbirləri mal-qara ovlamaq üçün öldürülür və nəsli tükənir.