Goranboy rayonunun Yəhərçi Qazaxlar kəndində sakinlər yol və içməli su problemi ilə üzləşiblər.
NOCOMMENT.az xəbər verir ki, bu barədə kənd sakinləri müraciət ediblər.
Onların sözlərinə görə, dərin çuxurların olduğu yol bərbad vəziyyətdədir.
Sakinlər qeyd edirlər ki, qonşu Sarov kəndinə qədər asfalt yol çəkilsə də, Yəhərçi Qazaxlar kəndi bu prosesdən kənarda qalıb.
Vətəndaşlar, həmçinin susuzluqdan əziyyət çəkirlər. Qeyd olunur ki, kənddə mövcud olan artezian quyuları artıq istismar müddətini başa vurub və faktiki olaraq yararsız vəziyyətə düşüb:
“Dəfələrlə aidiyyəti qurumlara müraciət etmişik, amma nə yol çəkilir, nə də su problemi həll olunur”.
Sakinlər problemin uzun müddətdir davam etdiyini bildirərək aidiyyəti qurumlardan məsələyə təcili müdaxilə olunmasını xahiş edirlər.
Qeyd edək ki, Yəhərçi Qazaxlar kəndi altı şəhid verib./Oxu.Az/
View this post on Instagram










