Aİ ərazi bütövlüyünə hörmət etməyə çağırırbackend

Aİ ərazi bütövlüyünə hörmət etməyə çağırır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan-Ermənistan sərhədindəki münaqişələrdən sonra Avropa İttifaqı (Aİ) 1991-ci il Almaatı Bəyannaməsinə uyğun olaraq hər iki tərəfi ərazi bütövlüyünə hörmət etməyə çağırıb.

NOCOMMENT xəbər verir ki, Aİ-nin Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Josep Borrell ofisi tərəfindən verilən açıqlamada, dünən sərhəd bölgəsində baş verən qarşıdurmada insan itkisindən təəssüfləndiyi bildirilib.

Bəyanatda qeyd edilib ki, bu hadisə, müəyyən edilmiş sərhədlər olmadığı zaman 1991-ci il xəttinə hörmət edilməli və oxşar hadisələrin qarşısını almaq üçün hər iki tərəfin qüvvələrinin bu xəttdən təhlükəsiz məsafəyə çəkilməlidir.

Azərbaycan və Ermənistanın öz öhdəliklərinə, o cümlədən 2022-ci ilin oktyabrında Praqada əldə edilmiş ərazi bütövlüyünün qarşılıqlı tanınması haqqında sazişə və 1991-ci il Almaatı Bəyannaməsinə uyğun olaraq əməl etməli olduğu vurğulanan bəyanatda danışıqların intensivləşdirilməsinə çağırış edilib. Aİ-nin sərhədlərin demarkasiyası səylərini dəstəkləməyə hazır olduğu vurğulanb.

Bildirilib ki, Azərbaycan-Ermənistan sərhədindəki münaqişədə Ermənistan ordusunun açdığı atəş nəticəsində 3 Azərbaycan əsgəri şəhid olub. Azərbaycan ordusu cavab zərbəsi endirib və Ermənistan ordusu xeyli itki verib. Erməni mətbuatında yer alan xəbərlərdə Ermənistan ordusunun münaqişədə itki verdiyi bildirilirdi.