Almaniyada müsəlmanlar məscidlərə sığmadıbackend

Almaniyada müsəlmanlar məscidlərə sığmadı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Almaniya başda olmaqla xaricdə yaşayan müsəlmanlar Ramazan ayını qeyd etməyin həyəcanını yaşayıblar.

NOCOMMENT.az xəbər verir ki, Almaniyada səhər saatlarında Türk-İslam Diyanət Birliyinə (DİTİB) bağlı Kölndəki məscidə axın edən minlərlə müsəlman bayram namazını qılmaq üçün bir araya gəliblər.

Kölndə 5 min adamın qatıldığı bayram namazı Türkiyədə baş verən zəlzələ səbəbiylə kədərli olub.

Almaniyada yaşayan minlərlə müsəlman səhərin erkən saatlarında Köln DİTİB Mərkəz Məscidinə axın edərək dua ediblər.

Bayram namazından sonra müsəlmanlar bayramı bir-birlərini təbrik etmək üçün uzun növbə yaradıblar.

NOCOMMENT.AZ