Ermənistan Prezidenti sərhədlərin delimitasiyasından danışdıbackend

Ermənistan Prezidenti sərhədlərin delimitasiyasından danışdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ermənistan hökumətinin Azərbaycanla sərhədlərin delimitasiyası üzrə fəaliyyəti regionda gələcək və davamlı sülhə yönəlib”.

NOCOMMENT.az “qafqazinfo”ya istinadən xəbər verir ki, bunu Ermənistan Prezidenti Vaaqn Xaçaturyan yerli televiziyaya müsahibəsində deyib.

Ermənistanla Azərbaycan arasında sərhədin delimitasiyası prosesindən danışan Xaçaturyan qeyd edib ki, Tavuşda, Aşağı Əskipara, Bağanis Ayrım, Xeyrimli və Qızılhacılı kəndlərinin yaxınlığında baş verən proseslər ilk növbədə Ermənistanla Azərbaycan arasında sərhədlərin dəqiqləşdirilməsinə yönəlib.

“Nəhayət, anlamalıyıq ki, əgər dövlət varsa, onun sərhədləri olmalıdır və bu dövlətin gələcəyi onun qonşuları ilə sərhədlərinin nə dərəcədə dəqiqləşdirilməsindən asılı olacaq”, – deyə prezident bildirib.

Xaçaturyanın sözlərinə görə, bir çox hallarda hakimiyyət delimitasiya zonasında yerləşən kəndlərin sakinlərinə danışıqlar prosesinin təfərrüatlarını təqdim edə bilmir, çünki bu, yekun qərara mane ola bilər.