Azərbaycan və Ermənistan XİN başçıları Moskvada da görüşəcəklərbackend

Azərbaycan və Ermənistan XİN başçıları Moskvada da görüşəcəklər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan və Azərbaycanın xarici işlər nazirləri Rusiyada da görüşəcəklər.

NOCOMMENT Modern.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistan parlamentinin hakim partiyanı təmsil edən deputatı, Avropaya inteqrasiya məsələləri üzrə parlament komissiyasının rəhbəri Arman Yeqoyan keçirdiyi brifinqdə məlumat verib.

“Rusiyada da Ararat Mirzoyan və Ceyhun Bayramovun görüşü olacaq. Bununla bağlı artıq ilkin razılıq əldə olunub”, – deyə o bildirib.

Deputat görüşün dəqiq tarixini açıqlamayıb.

Qeyd edək ki, ötən gün Vaşinqtonda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, ABŞ dövlət katibi Entoni Blinken və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında üçtərəfli görüş keçirilib. Görüş bir neçə gün davam edəcək.