Özbəkistan-Qazaxıstan birgə hərbi təlimi keçirildibackend

Özbəkistan-Qazaxıstan birgə hərbi təlimi keçirildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Özbəkistan və Qazaxıstan silahlı qüvvələrinin birgə hərbi təlimi başa çatıb.

NOCOMMENT.az xəbər verir ki, Özbəkistan Müdafiə Nazirliyinin verdiyi açıqlamaya görə, Daşkənd yaxınlığındakı Angren poliqonunda Özbəkistan və Qazaxıstan silahlı qüvvələrinin təşkil etdiyi “Kalkan-2023” birgə hərbi təlimi başa çatıb.

Ötən həftə başlayan birgə təlim çərçivəsində iki ölkənin silahlı qüvvələri ölkə ərazisinə qeyri-qanuni soxulmuş silahlı dəstələrin zərərsizləşdirilməsi üçün qurudan və havadan əməliyyatlar həyata keçirib.

Silahlı dəstələrin aşkar edilərək zərərsizləşdirilməsi məqsədilə təşkil edilən birgə təlimdə hər iki ölkədən 100-ə yaxın əsgər iştirak edib.

Təlim çərçivəsində zirehli və hərbi texnika ilə yanaşı, pilotsuz uçuş aparatları və hərbi helikopterlərdən də istifadə edilib.

NOCOMMENT.AZ