Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu Körfəz ölkələrinin dəstəyi ilə 1 milyondan çox suriyalını ölkələrinə göndərmək üçün infrastruktur yaratdıqlarını bildirdi.
NOCOMMENT xəbər verir ki, Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu Körfəz ölkələrinin dəstəyi ilə 1 milyondan çox suriyalını ölkələrinə göndərmək üçün infrastruktur yaratdıqlarını bildirdi və əlavə etdi: “Bütün bu detalları nəzərdən keçiririk. Qayıdış belə olacaq. Bu bəzi insanlar kimi irqçilik edərək qeyri-insani rəftar edəcəyimiz demək deyil. Onda bizim irqçilərdən nə fərqimiz olar? Hə, göndərək, amma humanist şəkildə, türkə yaraşan şəkildə”.