Pakistanın Gilgit-Baltistan bölgəsində baş verən qar uçqunu nəticəsində azı 10 nəfər ölüb, aralarında qadın və uşaqların da olduğu 24 nəfər yaralanıb.
NOCOMMENT xəbər verir ki, bölgədə axtarış-xilasetmə işləri davam edir.
Gilgit-Baltistan bölgəsində qar uçqunları tez-tez baş verir.
Orta hündürlüyün 3 min 250 metr olduğu Gilgit-Baltistan bölgəsində 7 min metrdən yuxarı 50-dən çox dağ var. Bölgədə hündürlüyü 8000 metrdən yüksək olan dünyanın 14 zirvəsindən 5-i də yerləşir.