“Apple” kiçik bir güzəştə görə “Google”dan 20 milyard dollar alıbbackend

“Apple” kiçik bir güzəştə görə “Google”dan 20 milyard dollar alıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2022-ci ildə Google öz eyniadlı məhsulunu iPhone, iPad və Mac-da Safari-də defolt axtarış sistemi etmək üçün “Apple”-a 20 milyard dollar ödəyib.

NOCOMMENT.az Bloomberg Agentliyinə bu barədə ABŞ Ədliyyə Nazirliyi ilə antiinhisar mübahisəsinin bir hissəsi kimi açıqlanan məhkəmə materiallarına istinadən yazıb.

Ədliyyə Nazirliyi “Google”u internet axtarışında monopoliyaya malik olmaqda ittiham edib. İT nəhənginə qarşı iddia “Google”un “Apple” ilə sövdələşməsinə yönəlib. Keçən noyabr ayında iş sənədlərində qeyd olunub ki, “Google” “Apple”a “Safari” axtarış sistemindən əldə etdiyi gəlirin 36%-ni hər yenidən danışıqlarda ödəyir. İndi məlum olub ki, sonuncu dəfə 2022-ci ildə əməliyyat məbləği 20 milyard dollar olub.

Keçən ilin oktyabr ayında “Microsoft”un baş direktoru Satya Nadella “Apple” və “Google” arasındakı razılaşmanın “Bing” kimi digər axtarış sistemlərinin internet axtarış bazarında rəqabət aparmasını qeyri-mümkün etdiyini söyləyib. “Microsoft” “Apple”ın “Bing”i almasını istəyib, lakin “Apple” bu təkliflə maraqlanmayıb. “Microsoft” müqavilənin uğursuzluğunda “Google”u günahlandırıb. Buna cavab olaraq “Apple”ın internet xidmətləri üzrə baş vitse-prezidenti Eddi Kue bildirib ki, “Apple” şirkəti “Google”dan standart axtarış sistemi kimi istifadə edir, çünki şirkət həmişə onun ən yaxşısı olduğuna inanır.

“Google” əksər ölkələrdə “Apple” cihazlarında standart axtarış sistemidir, lakin istifadəçilər alternativ olaraq “Yahoo”, “Bing”, “DuckDuckGo” və “Ecosia”nı seçə bilərlər. Bu “Safari” brauzerinin parametrlərində edilə bilər.

“Google” antiinhisar iddiasını uduzsa, “Apple” və “Google” arasındakı sövdələşmə sona çata bilər. Hakimin qərarı 2024-cü ilin sonuna qədər veriləcək.