Finlandiyada koalisiya danışıqları gələn həftə yekunlaşa bilərbackend

Finlandiyada koalisiya danışıqları gələn həftə yekunlaşa bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Aprel ayında Finlandiyadakı seçkilərdə qalib olaraq hökuməti qurmaq vəzifəsini üzərinə götürən Milli Koalisiya Partiyasının lideri Petteri Orpo koalisiya danışıqlarının gələn həftənin sonuna qədər tamamlana biləcəyini bildirib.

NOCOMMENT.az xəbər verir ki, Petteri Orpo jurnalistlərə açıqlamasında koalisiya danışıqlarında bəzi problemlər olsa da, həll yolu tapdıqlarını bildirib.

Orpo gərgin iş aparıldığını və siyasət sənədlərinin hazırlandığını bildirib:

“Hələ həll edilməli olan bəzi məsələlər var. Mən tam əminəm ki, bütün bunları həll etmək olar. Gələn həftənin sonuna qədər hər şeyin hazır olmasını gözləmək olduqca realdır”.

NOCOMMENT.AZ