Çin-Tayvan böhranı dərinləşir. Tayvan lideri adanın müdafiə qabiliyyətini “yeni texnologiyalar” ilə inkişaf etdirəcəklərini açıqlayıb.
NOCOMMENT xəbər verir ki, Ukrayna-Rusiya müharibəsindən sonra Asiyada sular istiləşir. Tayvanın Çin təhlükəsi altında müdafiə qabiliyyətini artıracağı açıqlanıb.
Tayvan lideri Tsai İnq-ven Çinlə suverenlik münaqişəsində olan adanın müdafiə qabiliyyətinin yeni texnologiyalarla inkişaf etdirilməsi üzərində çalışacağını bildirib.
Tayvanın cənub-qərbindəki Kaohsiung şəhərində antiterror təliminə nəzarət edən Tsai, hökumətinin dəniz və sərhəd təhlükəsizliyini qorumağa yönəlmiş siyasətləri təşviq edəcəyini söylədi.
Tsai “Tayvan nə qədər təhlükəsizdirsə, dünya da bir o qədər təhlükəsizdir” ifadələrini də işlətdi.