İki ay əvvəl yol qəzası nəticəsində komaya düşən şəxs xəstəxanada vəfat edibbackend

İki ay əvvəl yol qəzası nəticəsində komaya düşən şəxs xəstəxanada vəfat edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Lənkəranda iki ay əvvəl yol qəzası nəticəsində komaya düşən şəxs xəstəxanada dünyasını dəyişib.

NOCOMMENT.az report-a istinadən xəbər verir ki, fevralın 29-da Ələt-Astara magistral yolunun 214-cü km-də, rayonun Xanbulan kəndi ərazisində baş verən hadisə zamanı rayonun Mamusta kənd sakini, 1998-ci il təvəllüdülü Azər Arzuman oğlu Babayevin idarə etdiyi “VAZ-2107” markalı minik avtomobil yol kənarındakı iri gövdəli ağaca çırpılıb. Nəticədə sürücü hadisə yerində ölüb.

Qəzada xəsarət alan 1998-ci il təvəllüdlü Ülvi Elşad oğlu Əzizli və 2003-cü il təvəllüdlü Riad Mehman oğlu Qurbanov Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Süni nəfəs aparatına qoşulan Ü.Əzizli bu gün xəstəxanada vəfat edib.