İranda qum fırtınası: 403 nəfər xəstəxanaya müraciət edibbackend

İranda qum fırtınası: 403 nəfər xəstəxanaya müraciət edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İranın cənub-şərqindəki Sistan-Bəlucistan əyalətində qum fırtınası ilə əlaqədar 400-dən çox insan xəstəxanalara müraciət edib.

NOCOMMENT.az xəbər verir ki, küləyin sürətinin 104 kilometrə çatdığı bölgədə havada tozun miqdarında ciddi artım var.

Sistan-Bəlucistan Fövqəladə Hallar Başçısı Mecid Muhibbi, “120 günlük küləklər ərzində Sistan-Bəlucistanın şimalında yerləşən Zabul, Zehek, Hamun, Hirmend və Nimruz şəhərlərində 403 nəfər xəstəxanalara müraciət edib. Onlardan 70-i xəstəxanaya yerləşdirilib. 333 nəfər ambulator müalicə alıb”,- o dedi.

Bildirilir ki, havada tozun miqdarının artması səbəbindən Zehekdə görmə məsafəsi 500 metrə, Zabulda isə 2 kilometrə qədər azalıb.

Xatırladaq ki, ötən ay Sistan-Bəlucistan əyalətində fırtına səbəbindən 6 gün ərzində 1191 nəfər xəstəxanaya yerləşdirilib, 1 nəfər dünyasını dəyişib.

NOCOMMENT