Gürcüstanda məhdudiyyətlərin müddəti uzadılırbackend

Gürcüstanda məhdudiyyətlərin müddəti uzadılır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gürcüstan hökumətinin ölkə ərazisində məhdudiyyətlər tətbiq etmək səlahiyyətinin müddətinin uzadılacağı gözlənilir.

NOCOMMENT.az xəbər verir ki, bu məsələ ilə bağlı “İctimai sağlamlıq” haqqında qanuna düzəlişlər layihəsi hazırlanıb.

Sənədə görə bu müddətin 2021-ci ilin yanvarın 1-nə qədər uzadılması nəzərdə tutulub.

Xatırladaq ki, Gürcüstan parlamentinin mayın 22-də təsdiq etdiyi “İctimai sağlamlıq” haqqında qanuna əsasən, hökumətə koronavirusun yayılmasının qarşısının alınması üçün iyulun 15-dək məhdudiyyətlər tətbiq etmək hüququ verilib.

Qeyd edək ki, qüvvədə olan qanuna görə, hökumət həmin tarixədək hərəkət, iqtisadi fəaliyyət, əmlak, toplaşma, əmək və digər hüquqların məhdudlaşdırılması ilə bağlı tədbirləri fövqəladə vəziyyət elan etmədən həyata keçirə bilər.