Gürcüstanda aksiyalar başa çatıbbackend

Gürcüstanda aksiyalar başa çatıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gürcüstanda parlament binası yaxınlığında yeni qanun layihəsinə etiraz aksiyası başa çatıb.

NOCOMMENT.az xəbər verir ki, etirazçılar xüsusi təyinatlıların son bölmələri parlamentə bitişik ərazini tərk etdikdən sonra dağılışmaq qərarına gəliblər. Qanunverici orqanda qalan nümayişçilərin bir hissəsi parlament binasının ətrafında gəziblər və sonra evlərinə dağılmağa başladılar.

Polis dəstələri yalnız parlamentin ön girişindəki Rustaveli prospektində qalmağa davam edir. Rustaveli prospektində artıq ərazini təmizləməyə başlayan şəhər xidmətlərinin işçiləri küçəyə çıxıb. Bu arada, bu gün parlamentin Hüquq komitəsi “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsini ikinci oxunuşda müzakirəyə çıxaracaq. Bununla əlaqədar deputatların və parlament əməkdaşlarının təhlükəsizliyini qorumaq üçün binaya giriş məhdudlaşdırılacaq.

Qeyd edək ki, “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsi parlamentdə aprelin 17-də birinci oxunuşda 83 səslə qəbul edilib.