iPhone 15 xüsusiyyətləri sızdırıldıbackend

iPhone 15 xüsusiyyətləri sızdırıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yeni sızan məlumata görə, Apple iPhone 15 Pro və Pro Max modellərinə 2 terabayt (TB) yaddaş seçimi əlavə etməyi planlaşdırır.

NOCOMMENT.az xəbər verir ki, “Forbes” xəbərinə görə, cihazlarla bağlı sızan məlumatlar tarix yaxınlaşdıqca artır.
Bu artım xüsusilə fotoşəkillər, videolar və proqramlar üçün çoxlu yaddaşa ehtiyacı olan istifadəçilər üçün faydalı olacaq. Bundan əlavə, bu xüsusiyyət şirkətin ProRes video proqramından istifadə etmək istəyənlərin işini də asanlaşdıracaq.

 

Digər tərəfdən, yeni cihazların daha incə çərçivələrə sahib olacağı gözlənilir. Kameranın təkmilləşdirilməsi və təkmilləşdirilmiş ekran texnologiyası kimi yeniliklər də gözləntilər sırasındadır.

Qeyd edək ki, yeni “iPhone”ların sentyabrın 13-də təqdim ediləcəyi iddia edilir. Texnologiya saytları şirkətin işçilərinə bu tarixdə məzuniyyətə çıxmamaq üçün göstərişlər verdiyini yazıb.
Xatırladaq ki, hazırda mövcud olan maksimum yaddaş tutumu 1 TB-dir.