Braziliya prezidenti Jair Bolsonaru “CNN Brasil”ə müsahibəsində onda koronavirus əlamətlərinin olduğunu bildirib.
NOCOMMENT xəbər verir ki, dövlət başçısı bütün görüşlərini ləğv edib. Məlumata görə o, “Hidroksixloroxin” qəbul edir. 65 yaşlı Bolsonarunun sözlərinə görə, bədəninin hərarəti 38 dərəcəyə qədər yüksəlib, ciyərlərində oksigeninin səviyyəsi 96%-ə qədər azalıb. Bununla əlaqədar o, dərman qəbul edir
Xəstəliyin simptomlarına görə prezidentin bu həftəyə planlaşdırılan görüşləri keçirilməyəcək.