Kahramanmaraşın Andırın rayonunda baş verən meşə yanğınına havadan və qurudan müdaxilə edilir.
NOCOMMENT xəbər verir ki, yanğının baş verməsinin səbəbi hələki naməlumdur.
Xəbərdarlıq üzərinə bölgəyə göndərilən Kahramanmaraş Meşə Region Müdirliyi qrupları yanğına 3 helikopter, 7 çiləyici, 3 su çəni və 80 canlı qüvvə ilə müdaxilə edir.
Komandalar sıldırım və qayalıq ərazidə yanğını nəzarət altına almaq üçün havadan və qurudan müdaxilə etməyə davam edir.