İranın cənub-şərqindəki Sistan-Bəlucistan əyalətində qum və toz fırtınaları səbəbindən görmə məsafəsi azalıb, bəzi dövlət qurumları bağlanıb.
NOCOMMENT.az xəbər verir ki, Sistan-Bəlucistan fövqəladə hallar üzrə rəhbəri Məcid Muhibbi bu barədə çıxış edib.
“Sistan-Bəlucistanın şimalındakı Zabul, Zehek, Hamun, Hirmend və Nimruz şəhərlərində qum və toz fırtınası səbəbindən bəzi dövlət qurumları bağlanıb”.