XİN: “Azərbaycan beynəlxalq həmrəyliyi və çoxtərəfliliyi təşviq səylərini əsirgəmir”backend

XİN: “Azərbaycan beynəlxalq həmrəyliyi və çoxtərəfliliyi təşviq səylərini əsirgəmir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan milli səviyyədə və Qoşulmama Hərəkatının Sədri kimi sülh, təhlükəsizlik və qlobal Dayanıqlı İnkişaf Gündəliyinə töhfə verməkdə davam edir və beynəlxalq həmrəylik və çoxtərəfliliyi təşviq etmək üçün səylərini əsirgəmir.

NOCOMMENT.az-ın məlumatına görə, bunları Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Nyu-Yorkda BMT Baş Assambleyasının 78-ci sessiyasının “Etimadın yenidənqurulması və qlobal həmrəyliyin yenidən alovlandırılması: 2030-cu il Gündəliyi və onun Dayanıqlı İnkişaf Məqsədləri üzrə sülh, firavanlıq, tərəqqi və hamı üçün dayanıqlılıq istiqamətində fəaliyyətin sürətləndirilməsi” mövzusunda ümumi müzakirələri zamanı çıxışında söyləyib.

C.Bayramov qeyd edib ki, COVID-19 pandemiyasının başlamasından bu günədək Azərbaycan bu çağırışla mübarizə aparmaq üçün bir sıra qlobal təşəbbüslər irəli sürərək, mübarizənin ön sıralarında yer alıb.

“Beynəlxalq əməkdaşlıq və siyasi iştirak qadınlar və gənclər də daxil olmaqla, müxtəlif maraqlı tərəflərin cəlb edilməsini tələb edir. Azərbaycan, Şuşa Sazişinə uyğun olaraq Bakıda daimi katibliyi olan Qoşulmama Hərəkatının Gənclər Təşkilatının təsis edilməsi və Qoşulmama Hərəkatının qadınlar platformasının yaradılmasına təşəbbüs göstərməklə bunu Qoşulmama Hərəkatına sədrliyinin əsas fokusuna çevirib. Azərbaycan, həmçinin Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin yaradılmasının təşəbbüskarı olub”, – C.Bayramov diqqətə çatdırıb.