Alimlər qırmızı ətin təhlükə yaratdığını aşkar ediblərbackend

Alimlər qırmızı ətin təhlükə yaratdığını aşkar ediblər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ alimləri II tip diabetin inkişafı ilə qırmızı ət istehlakı arasında əlaqə tapıblar. 

NOCOMMENT.az xəbər verir ki, onlar “American Journal of Clinical Nutrition”da dərc olunan araşdırmada qırmızı ətin yaratdığı təhlükəni təsvir ediblər .

Tədqiqat Harvard İctimai Səhiyyə Məktəbinin mütəxəssisləri tərəfindən 36 il ərzində toplanmış 216 min iştirakçının pəhrizləri ilə bağlı məlumatları təhlil edərək aparılıb. Məlum olub ki, tədqiqat zamanı 22 mindən çox iştirakçı II tip diabet inkişaf etdirib. Ən çox qırmızı ət yeyənlərin şəkər xəstəliyinə tutulma riski yüzdə 62 daha yüksək olub.

Tədqiqat rəhbəri, epidemioloq və dietoloq Valter Uillett diabet riskini azaltmaq üçün həftədə bir porsiya qırmızı ət yeməyi tövsiyə edib. Bundan əlavə, amerikalı alimlərin işinə görə, gündə bir porsiya qırmızı əti bitki mənşəli protein, qoz-fındıq və ya paxlalılarla əvəz etsəniz, risk 30 faiz azalacaq.