Rusiya aktivlərindən əldə edilən gəlir Ukraynaya dəstək üçün istifadə ediləcəkbackend

Rusiya aktivlərindən əldə edilən gəlir Ukraynaya dəstək üçün istifadə ediləcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Aİ sammiti Ukraynaya büdcə yardımı proqramı ilə bağlı razılığa gələ bilmədi, lakin bunun “icma prioriteti” olaraq qalacağını vurğuladı və həmçinin Rusiyanın dondurulmuş suveren aktivlərindən əldə edilən gəlirlərin Kiyevə dəstək üçün istifadə edilməsinə qərar verdi. 

NOCOMMENT.az xəbər verir ki, bunu Avropa Şurasının rəhbəri Şarl Mişel sammitin yekunlarına dair mətbuat konfransında deyib.

“Liderlər dondurulmuş Rusiya aktivlərinin bir hissəsini, ilk növbədə onlardan əldə olunan gəlirləri Ukraynaya dəstək üçün istifadə etməyə razılaşıblar. Sammit təsdiqlədi ki, Ukraynaya yardım Avropa İttifaqının prioriteti olaraq qalır”.