Futbolçunu öpən prezidentin cəzası BİLİNDİbackend

Futbolçunu öpən prezidentin cəzası BİLİNDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Beynəlxalq Futbol Federasiyasının (FİFA) İntizam Komitəsi İspaniya Kral Futbol Federasiyasının (RFEF) keçmiş prezidenti Luis Rubialesi 3 il müddətinə futbol fəaliyyətindən kənarlaşdırıb. 

NOCOMMENT.az xəbər verir ki, bu barədə FİFA-nın mətbuat xidməti məlumat yayıb.

“FIFA İntizam Komitəsi İspaniya Futbol Assosiasiyasının keçmiş prezidenti Luis Rubialesi FİFA İntizam Məcəlləsinin 13-cü maddəsini pozduğunu müəyyən edərək, onu üç il müddətinə milli və beynəlxalq səviyyədə futbolla bağlı bütün fəaliyyətlərdən kənarlaşdırıb. Bu cəza 2023-cü ilin avqustunda Qadınlar arasında final Dünya Kuboku zamanı baş verən hadisələrlə bağlıdır”, – məlumatda deyilir.

Qeyd edək ki, sabiq prezidentin Qadınlar arasında Dünya Kubokunun mükafatlandırma mərasimi zamanı qadın futbolçunu öpməsi qalmaqal yaratmışdı.