NOCOMMENT.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Norveç hökuməti Fələstin-İsrail münaqişəsinin yeni raundu çərçivəsində İsrailin humanitar qanunlara tam əməl etmədiyini istisna etmir, bu barədə Norveçin xarici işlər naziri Espen Bart Eyde bildirib. Onun sözlərinə görə, bunu Qəzza zolağındakı bombardman yerlərinin fotoşəkilləri də təsdiqləyir.
“Biz əminik ki, gücdən istifadənin mütənasibliyinə və döyüşçülərin mülki şəxslərdən ayrılması prinsipinə tam riayət edilmədiyi presedentlər olub”, – Eyde izah edib.
O əlavə edib ki, Qəzzada hücumlar nəticəsində yaşayış binaları və xəstəxanalar zərər görüb. Eyde bölgədəki vəziyyətin dəhşətli dərəcədə dramatik olduğunu vurğulayıb.
“Bu, təkcə hüquqi baxımdan vacib deyil, həm də ona görə vacibdir ki, vaxt gələcək ki, biz siyasi həll yolları axtarmalı olacağıq…> Əsas suala qayıtmalıyıq: Fələstin-İsrail münaqişəsi ilə bağlı nə etməli”, — deyə Norveç XİN başçısı bildirib.