Paşinyana sui-qəsd hazırlanır – Politoloq yeni PLANI AÇIQLADIbackend

Paşinyana sui-qəsd hazırlanır – Politoloq yeni PLANI AÇIQLADI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“ASALA” erməni terror qruplaşması Ermənistan hökumətinə müharibə elan etdiyini və ona qarşı terror aktları hazırladığını əks etdirən video yayıb.

Maraqlıdır, ermənilərin yaratdığı terror qruplaşması bu dəfə nəyi hədəfləyib?

NOCOMMENT.az xəbər verir ki, mövzu ilə bağlı redaktor.aza danışan politoloq Tural Əliyev bildirdi ki, onsuz da terror Ermənistanın daxilində hər zaman baş verib.

Onun sözlərinə görə, belə terrorlardan biri 1999-cu ildə olub:

“Həmin terrorda parlamentə qədər girib güllələyiblər. Hazırda onların, yəni ASALA-nın təhdid etməsi özbaşına qərar deyil. Kimlərinsə Paşinyana mesajıdır ki, Azərbaycanla sülh müqaviləsini imzalamasın. İkincisi də, bu, əslində Paşinyanın öz oyunu da ola bilər. Görsün təhlükə varmı, bəzi daxildən təmizləmələr aparır və yaxud da desin ki, xaricdən ona təhdidlər olur. İki variant var. Yəni İkinci Qarabağ müharibəsi bitdikdən sonra sülh müqaviləsinin imzalanıb-imzalanmayacağı 3 ildir davam edir. Paşinyan da üç ildir ömrünü uzatdı, yeni seçkilərə getdi. İndi ola bilsin ki, bu təhdidlər  həm xaricdən, həm daxildəndir. Çünki müxalifət Paşinyana qarşı alternativ hökumət yaratmaq istəyirlər ki, devirsinlər. Bax burda da həm terrorla təhdid edirlər, həm də daxildən birləşirlər”.

Politoloqun fikrincə, Ermənistanda daxili çəkişmə, hətta silahlı qarşıdurma gözlənilir:

“Mən şəxsən gözləyirəm. Ola bilsin ki, Paşinyanın özünə də sui-qəsd edilsin. Yəni bu, düşünürəm ki, Ermənistanın daxilində baş verəcək. Tutaq ki, aksiyalar alınmır, çoxlu kütlə toplaya bilmirlər. Amma indi Qarabağdan gedən ermənilər də var. Hardasa ümid edirlər ki, onlar mitinqə gəlməklə daha kütləvi hal ala bilər. Amma istənilən halda dinc yolla Paşinyanı devirmək qeyri-mümkündür. Çox güman, bu, silahlı insidentə və terrora gəlib çıxa bilər”.