Nazir İSTEFA VERDİ – Bu ölkədəbackend

Nazir İSTEFA VERDİ – Bu ölkədə

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-nin əmək naziri Lori Çaves-Deremer vəzifəsindən gedir.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Ağ Evin kommunikasiyalar üzrə direktoru Stiven Çunq “X” sosial şəbəkəsində bildirib.

“Əmək naziri Lori Çaves-Deremer özəl sektorda fəaliyyət göstərmək üçün administrasiyanı tərk edəcək. O, Amerika işçilərinin hüquqlarının qorunması, ədalətli əmək təcrübələrinin tətbiqi və vətəndaşların həyat səviyyəsini yüksəltmək üçün yeni vərdişlər qazanmasına kömək edərək öz vəzifəsində müstəsna işlər görüb”, – deyə Çunq bildirib. O əlavə edib ki, əmək naziri səlahiyyətlərinin icrası Kit Sonderlinqə həvalə olunacaq. Çaves-Deremer öz növbəsində “X” platformasında bu tarixi administrasiyada xidmət etməyin və ən böyük prezidentlə çalışmağın onun üçün böyük şərəf olduğunu vurğulayıb.

“The Atlantic” nəşrinin daha əvvəl yaydığı məlumata görə, Ağ Evdə Federal Təhqiqatlar Bürosunun (FTB) direktoru Keş Patel, Ukrayna danışıqlarında iştirak edən ABŞ ordu naziri Deniel Driskoll və əmək naziri Çaves-Deremerin vəzifədən uzaqlaşdırılması ehtimalı müzakirə edilirdi. “Politico” isə Prezident Donald Trampın olduqca qəzəbli olduğunu və kadr dəyişiklikləri etməyə hazırlaşdığını yazıb. Məlumata əsasən, o, xüsusilə, Çaves-Deremerin və ticarət naziri Hovard Lütnikin fəaliyyətlərindən kəskin narazılıq və məyusluq ifadə edib.//oxu.az