Hollandiyanın Kulemborq şəhərində Diyanet Vəqfinə bağlı İmam-ı Əzəm məscidinə hücum edilib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə İmam-ı Əzəm Məscidi Vəqfinin İdarə Heyətinin katibi Səlcuq Dəmirçi bildirib.
Hadisədən sonra məscidin təhlükəsizlik kamerası qeydlərini araşdıran Dəmirçi hadisə ilə bağlı bunları deyib:
“Hücum edən şəxs şənbə günü gecə saat 02:00 radələrində hasarları aşaraq bağçaya daxil olub. Təcavüzkar əlindəki naməlum əşya ilə məscidin 10 şüşəsini sındırıb. Hücum səbəbini bilmirik, amma Yaxın Şərqdə baş verən hadisələrlə əlaqəli ola biləcəyini düşünürük”, – o dedi.
Şübhəli şəxs polis tərəfindən saxlanılıb.