Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva iyulun 14-də cəbhə bölgəsindəki mülki yaşayış məntəqələrinin monitorinqi zamanı Tovuzun Dondar Quşçu kəndinə ağır artilleriya hücumlarının şahidi olub və bu hücumlar nəticəsində dağıdılmış evlərə dərhal baş çəkib.
Bu barədə Ombudsman Aparatından NOCOMMENT.az -a məlumat verilib.
Qeyd edək ki, S.Əliyeva bu gün daha əvvəl Ermənistan silahlı qüvvələri tərəfindən Tovuz rayonu istiqamətində açılmış artilleriya atəşi nəticəsində həlak olan mülki şəxs, Ağdam kənd sakini, 1944-cü il təvəllüdlü Əzizov Əziz İzzət oğlunun evində olub.
Ombudsman hadisə yerinə baş çəkərək mövcud şəraitlə tanış olub.