Krım Respublikasının Əməliyyat Qərargahı Krım körpüsündə nəqliyyatın müvəqqəti bağlandığını elan edib.
NOCOMMENT.az xəbər verir ki, bu gün saat 19:45 radələrində Krım körpüsündə yerüstü keçidin bağlanmasının səbəbləri barədə məlumat verilmir.
Körpüdə və təhlükəsizlik yoxlama zonasında olan sürücülərdən sakit olmaları və nəqliyyat təhlükəsizliyi əməkdaşlarının göstərişlərinə əməl etmələri xahiş olunur. Bağlanmanın hansı şəraitdə baş verdiyi araşdırılır.