Bakıda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.
NOCOMMENT.az report-a istinadən xəbər verir ki, hadisə Sabunçu-Zabrat yolunda qeydə alınıb.
Belə ki, nəqliyyat vasitəsi 1984-cü il təvəllüdlü Müzəffərova Minəxanım Dilavər qızını vurub.
Piyada aldığı xəsarətlərdən hadisə yerində keçinib.
Faktla bağlı araşdırma aparılır.