Füzuli rayonu Qayıdış qəsəbəsində ağır qəza – 10 yaşlı uşaq həyatını itirdibackend

Füzuli rayonu Qayıdış qəsəbəsində ağır qəza – 10 yaşlı uşaq həyatını itirdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Füzuli rayonunun Qayıdış qəsəbəsində ağır yol-nəqliyyat hadisəsi baş verib. İlkin məlumata görə, “07” markalı minik avtomobili idarəetmədən çıxaraq qəzaya uğrayıb.

NOCOMMENT.az xəbər verir ki, hadisə nəticəsində avtomobildə olan sürücünün 10 yaşlı övladı aldığı xəsarətlərdən hadisə yerində həyatını itirib. Sürücü isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya çatdırılıb.

Qəzanın başvermə səbəbləri hələlik açıqlanmayıb. Faktla bağlı araşdırma aparılır.

Əlavə məlumat verildiyi təqdirdə təqdim olunacaq.