HAMAS oktyabrın 7-də İsrailə qəfil hücumu zamanı girov götürdüyü Tailand vətəndaşlarını da azad edəcək.
NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, bu barədə Misirin hökumət mediası məlumat yayıb.
Bildirilib ki, Misir yaxın dəqiqələrdə azad ediləcək 13 israilli girovla yanaşı, HAMAS-ın 7 oktyabr terror hücumu zamanı oğurlanmış 12 taylandlı girovu azad etmək üçün HAMAS-la uğurla danışıqlar aparıb.
12 girovun bu gün azad ediləcəyi bildirilib.
Tailandın Baş naziri Srettha Thavisin ölkə vətəndaşlarından 12-nin azad ediləcəyini təsdiqləyib. Rəsmi Banqkok bildirir ki, 7 oktyabrda onun 26 vətəndaşı girov götürülüb.