Rusiya Ədliyyə Nazirliyi Rusiyanın keçmiş baş naziri Mixail Kasyanovu xarici agentlərin reyestrinə əlavə edib.
NOCOMMENT.az idarənin saytına istinadla xəbər verir ki, noyabrın 24-də tarixçi İlya Venyavkin, jurnalistlər İlya Davlyatçin və İdris Yusupov, həmçinin “XALQ” Məhdud Məsuliyyətli Cəmiyyəti də reyestrə daxil edilib.
Ədliyyə Nazirliyinin məlumatına görə, keçmiş baş nazir Kasyanov xarici agentlərin mesajlarının və materiallarının yaradılması və yayılmasında iştirak edib, Rusiya Federasiyasının hakimiyyət orqanlarının qəbul etdiyi qərarlar və onların yeritdiyi siyasət haqqında yalan məlumatlar yayıb.
Bundan əlavə, o, Ukraynada keçirilən xüsusi əməliyyata qarşı çıxıb və xarici strukturların təqdim etdiyi informasiya platformalarının işində respondent kimi iştirak edib.