NOCOMMENT.az Rusiya mətbuatına istinadən xəbər verir ki, İsrail-Fələstin münaqişəsinin nəticələri Suriyaya mənfi təsir edərək, gərginliyin qarşısını almağı mümkünsüz edir. Bunu BMT baş katibinin Suriya üzrə xüsusi nümayəndəsinin müavini Nədjat Roşdi deyib.
“Biz Suriyada daha böyük eskalasiya perspektivindən ciddi şəkildə narahatıq”,- deyə o bildirib.
Roşdi maraqlı tərəfləri yadda saxlamağa çağırıb ki, bir səhv hesablama “Suriya sərhədləri daxilində onlarla barut çəlləyini” partlatmaq üçün kifayətdir. O, vəziyyətdən çıxış yolunu “sadəcə xoş niyyət” deyil, stabil deeskalasiya adlandırıb.
BMT baş katibinin xüsusi nümayəndəsinin müavini İsrailin Suriyada, o cümlədən Dəməşq hava limanında həyata keçirdiyi hava hücumlarına diqqət çəkib. O, mülki infrastruktura hücumların “humanitar qanunla qadağan edildiyini” vurğulayıb.