Almaniya üç ölkə ilə sərhəd nəzarətini uzadacaqbackend

Almaniya üç ölkə ilə sərhəd nəzarətini uzadacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

NOCOMMENT.az xəbər verir ki, Almaniya Daxili İşlər Nazirliyinin rəhbəri Nensi Fezer bildirib ki, Berlin Polşa, Çexiya və İsveçrə ilə sərhədlərdə stasionar sərhəd nəzarətinin fəaliyyətini fevral ayına qədər uzadacaq. Bu barədə “Rheinische Post” məlumat yayıb.

O, Almaniyanın Polşa, Çexiya və İsveçrə ilə sərhədlərində müvəqqəti nəzarəti dekabrın 15-dən sonra ən azı iki ay uzatmağı planlaşdırdığını vurğuladı.

O, əvvəlcə nəzarəti dekabr ayına qədər uzadıb, çünki Avropa qanunları belə mərhələli yanaşmaya icazə verir.

Fezerin sözlərinə görə, belə tədbirlər öz nəticəsini verir və insanların həyatını təhlükəyə atan qaçaqmalçıların vicdansız biznesinə qarşı mübarizə uğurla aparılır.