Almaniyadan türklər üçün vacib qərarbackend

Almaniyadan türklər üçün vacib qərar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Almaniya Daxili İşlər Nazirliyi “Vətəndaşlıq Qanununun Müasirləşdirilməsi” adlı qanun layihəsi üçün hərəkətə keçib. Ölkədə yaşayan türkləri yaxından maraqlandıran qanun layihəsi Federal Məclisdə müzakirəyə çıxarılıb.

NOCOMMENT.az xəbər verir ki, Qanun həmçinin Almaniyada ixtisaslı kadr boşluğunu aradan qaldırmağa yönəlib. Qanunun son düzəlişlərdən sonra yeni ildən qüvvəyə minməsi gözlənilir.

Qanun layihəsinin ən mühüm elementlərindən biri vətəndaşlığa qəbul üçün səkkiz illik gözləmə müddətinin 5 ilə endirilməsidir. Almaniyaya uyğunlaşmaqda iqtisadi və sosial baxımdan müvəffəqiyyətli olan immiqrantların naturalizasiya üçün müraciət etmələri üçün gözləmə müddəti üç il olacaq.

Valideynlərdən biri ölkədə qanuni olaraq beş il yaşayıbsa, onların Almaniyada doğulmuş uşaqları avtomatik olaraq vətəndaşlıq alacaqlar. Qanunun Türkiyə vətəndaşlarına təmin edəcəyi ən mühüm üstünlük ikili vətəndaşlıq hüququdur. Yeni tənzimləmə ilə Türkiyə vətəndaşları vətəndaşlıqdan çıxmadan Almaniya vətəndaşı ola biləcəklər. Mövcud qanun əcnəbilərin uşaqlarına ikili vətəndaşlıq hüququ verir.

Qanun layihəsi ilə bağlı müzakirələr başlamazdan əvvəl mühacir dərnəkləri Federal Məclis qarşısında bir araya gələrək mətbuata açıqlama veriblər. Berlin Türk Birliyinin sözçüsü Safter Çınar qanun layihəsinin illərdir davam edən vətəndaşlıq mübarizəsində əhəmiyyətli bir uğur olduğunu, lakin bəzi məqamlarda qeyri-kafi olduğunu bildirib.(Publika)