Quterreş Qəzza zolağına humanitar yardımın çatdırılması üçün şəraitin olmadığını etiraf edibbackend

Quterreş Qəzza zolağına humanitar yardımın çatdırılması üçün şəraitin olmadığını etiraf edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

NOCOMMENT.az xəbər verir ki, BMT-nin baş katibi Antonio Quterreş təşkilatın Təhlükəsizlik Xidmətinin iclası zamanı bildirib ki, Qəzza zolağında humanitar yardımın uğurla çatdırılması üçün heç bir şərait qalmayıb. Onun sözlərini RİA Novosti yayıb.

“Humanitar yardımın effektiv çatdırılması üçün şərait artıq mövcud deyil”, – deyə baş katib bildirib.

O, həmçinin etiraf edib ki, Fələstin anklavında mövcud şəraitdə mülki əhaliyə humanitar malların tədarükünün artırılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının 2712 saylı qətnaməsinin icrası qeyri-mümkün olub.

“Mövcud şəraitdə bu mandatı yerinə yetirmək qeyri-mümkün olub”, – Quterreş təəssüflə bildirib.