BMT Qəzza zolağı sakinlərinin yarısının aclıqdan əziyyət çəkdiyini bildiribbackend

BMT Qəzza zolağı sakinlərinin yarısının aclıqdan əziyyət çəkdiyini bildirib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qəzza əhalisinin yarısı aclıq çəkir, sakinlərinin 90% – i müntəzəm olaraq qidalanmır.

NOCOMMENT.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi İdarəsi məlumat yayıb.

DQP-nin Yaxın Şərq və Şimali Afrika üzrə regional direktoru Korin Fleyşer qeyd edir ki, Qəzza əhalisinin 50%-i həddindən artıq və ya şiddətli aclıq vəziyyətindədir və sakinlərin 90%-i müntəzəm olaraq gün ərzində yeməksiz qalır.

70 gün ərzində anklavın 2,2 milyon sakini üçün lazım olan qidanın yalnız 10%-i Qəzza zolağına çatıb. BMT anklavın şimal hissəsindəki vəziyyəti fəlakətli adlandırır.