Qəzzada fəlakət yaşanır – Əhali aclıqla üz-üzədirbackend

Qəzzada fəlakət yaşanır – Əhali aclıqla üz-üzədir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

BMT Humanitar Məsələlərin Əlaqələndirilməsi İdarəsinin rəhbəri Rameş Rajasinqam Qəzza əhalisinin dörddə birinin aclığla üz-üzə olduğunu bildirib.

NOCOMMENT.az xəbər verir ki, Rajasinqam anklavın şimalında xüsusilə azyaşlıların qida çatışmazlığından əziyyət çəkdiklərini vurğulayıb.

Qeyd edib ki, mövcud şərtlər davam edərsə, vəziyyət daha da pisləşəcək:

“Hazırda Qəzzada əhalinin ən azı dörddə biri – 576 000 insan aclığın bir addımlığındadır. Qəzzanın şimalında 2 yaşından kiçik hər altı uşaqdan biri qida çatışmazlığından əziyyət çəkir. Qəzzanın demək olar ki, bütün əhalisi sağ qalmaq üçün qeyri-adekvat humanitar ərzaq yardımına arxalanır.

Qida təhlükəsizliyi mütəxəssisləri, mövcud vəziyyət davam edərsə, maya qədər Qəzzanın şimalında kənd təsərrüfatı sahələrinin tamamilə yararsız hala düşəcəyi barədə xəbərdarlıq edir”.