ABŞ administrasiyası ilə Texas ştatı arasında sərhəd təhlükəsizliyi ilə bağlı gərginlik yaranıb.
NOCOMMENT xəbər verir ki, bu hadisə “ABŞ dağılır” iddiasını gündəmə gətirsə də, bölgədən gələn xəbərlər ölkənin Meksika ilə sərhədində yerləşən Texas ştatında heç bir qarşıdurma və vətəndaş müharibəsinin olmadığını bildirir.
ABŞ administrasiyası ilə Meksika sərhədində yerləşən Texas ştatı arasında sərhəd mübahisəsi dünya gündəminin başında olub. 25 əyalət hökumətinin Texası dəstəkləməsi ilə ölkədə vətəndaş müharibəsinin baş verəcəyi iddiaları güclənərkən, bölgədən gələn xəbərlər Texasda hərbi fəaliyyətin olmadığıdır.