Baş Prokurorluğunun əməkdaşı dünyasını dəyişib.
NOCOMMENT xəbər verir ki, Unikal.org-un əldə etdiyi məlumata görə, Baş Prokurorluğun 32 yaşlı əməkdaşı Bəhruz Kərimov qəfil vəfat edib. O, əvvəllər gömrük orqanlarında çalışmışdı.
B.Kərimov ailəli idi və iki azyaşlı övladı qalıb.
Qeyd edək ki, mərhum Milli Məclisin deputatı Qüdrət Həsənquliyevin bacısı oğlu idi.