Çin, Rusiya və İranın Hərbi Dəniz Qüvvələri martın 12-də Hind okeanında birgə təlimlərə başlayıb.
NOCOMMENT.az xəbər verir ki, məlumatı İran İnqilab Keşikçiləri Korpusu yayıb. Təlimlər “Dəniz qurşağının təhlükəsizliyi-2024” adı altında keçirilir.
Məlumata görə, Azərbaycan, Qazaxıstan, Pakistan, Oman, Hindistan və Cənubi Afrika Respublikasının nümayəndələri təlimləri müşahidəçi qismində izləyirlər.
Qeyd edək ki, Çin, Rusiya və İran 2023-cü il martın 17-də də Hind okeanında oxşar təlimlər keçiriblər.