Gürcüstan parlamentində deputatlar arasında dava düşüb.
NOCOMMENT.az APA-ya istinadən xəbər verir ki, deputatlar arasında fiziki qarşıdurma parlamentin Hüquqi məsələlər komitəsində düşüb. Komitədə geniş etirazlara səbəb olan “Xarici təsirlərin şəffaflığı haqqında” qanun layihəsinin müzakirəsi zamanı Vətəndaşlar partiyasının lideri Eliko Elisaşvili hakim “Gürcü Arzusu” partiyasının parlament çoxluğunun rəhbəri Mamuka Mdinaradzeyə sillə vurub.
Dava səbəbilə komitənin işinə fasilə verilib.
Mamuka Mdinaradze insidenti təxribat adlandırıb. O, deputat Aleko Elisaşvilinin davranışına “adekvat reaksiya” veriləcəyini deyib. Fasilədən sonra komitənin işi bərpa edilib. Hazırda qanun layihəsinin müzakirəsi davam etdirilir.